10 may ?Gül Bayramı? ilə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi Türkiyənin Toplum Könüllüləri Vakfı ilə birgə maraqlı aksiya keçirdilər. Belə ki, 30-a yaxın gənc Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət edərək, mədəni-əyləncəli proqram təşkil etdilər. Əsas məqsədi kimsəsiz və ailə qayğısından kənarda qalan yaşlı insanlara tənha olmadıqları hiss etdirmək və gənclərin onlara daim dəstək olduqlarını çatdırmaq olan aksiya bütün sakinlərə güllərin hədiyyə edilməsi ilə başlamışdır. Daha sonra gənclər çıxışlar etmiş və daima yaşlı insanların yanında olduqlarını bildirmişdilər. Tədbir mədəni proqramla davam etdirilmişdir.