Yanvar ayı Azərbaycan xalqının tarixində həm qəhrəmanlıq etalonu, həm də qanlı bir ay kimi xatırlanır. 20 yanvar gecəsi sovet ordusunun Bakıya soxulması və vəhşicəsinə törətdiyi qətllər sadə sovet vətəndaşı olan azərbaycanlılar üçün "əcəl zəngi"nə çevrildi. 1990-cı ilin şaxtalı qış günü şəhər küçələrində yerə sərilmiş insan cəsədləri və gəmilərdən boğuq səslənən etiraz fiti, həm də SSRİ-nin süqutu üçün səslənən final fiti oldu.
Bu qəddar akta qol çəkən SSRİ prezidenti Mixail Qorbaçov və sovet hərbi rəhbərliyi günahsız insanların ölümünə bais oldular. Əvəzində müstəqil Azərbaycan uğrunda baş qaldıran böyük bir hərəkatın əsasını qoydular.
Mia.az Strateq.az-a Bakıya yeridilən və qanlı faciəmizin əsasını qoyanlar fotosunu təqdim edir:
Bakı… 18 yanvar. 1990-cı il. Qala hərbi aerodromu. Rostovdan gətirilmiş rezervistlər Bakıdakı sovet hərbi hissələrinə aparılır.
Hərbi paltar geymiş bu cəlladlar 2 gün sonra Bakıda xalqı gülləbaran edəcək, 100-lərə dinc sakini –qoca, qadın, uşağı öldürəcəklər.
Onları elə həmin gecə bu nəhəng təyyarə ilə geriyə aparacaqlar. "Mavr işini gördü, mavr gedə bilər”.
Amma cinayətin qanlı ləkəsi onların ömründə əbədi qalacaq.
Bu şəkil 25 ildən sonra cəlladların açıq yayılan ilk fotosudur: