iqbal Ağazadə dazqından zərər çəkənlərə hər deputatın 500 manat yardım etməsini təklif etdi
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında bölgələrdəki vəziyyət müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, millət vəkili İqbal Ağazadə təbii fəlakətdən ziyan çəkənlərə yardım edilməsini vacib sayıb.
İ.Ağazadə deyib ki, deputatlar bu çətin gündə sözdə yox, əməldə fəlakət zonasının sakinlərinin yanında olmalıdır: "Onlara yardım göstərilməsi üçün xüsusi hesabların açılması vacibdir. Təklif edirəm ki, fəlakət zonasına yardım üçün açılsın və həmin hesaba hər bir deputat öz maaşından 500 manat köçürsün. Bununla da Milli Məclisin deputatları əməli ilə onların yanıda olduğunu sübut etmiş olar?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51