"Cəmiyyətdə ATƏT-in Minsk Qrupuna qarşı olan inam itib”.
Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, buna səbəb bu illər ərzində ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməməsidir:
"Bununla belə Azərbaycan dövlətinin və cənab prezidentimizin Qarabağla bağlı mövqeyi tam aydındır. Cənab prezidentimizin bu qətiyyəti və mövqeyi ATƏT-in Minsk Qrupuna təkan verəcək ki, bu problemin həlli istiqamətində işlər görsünlər. Dağlıq Qarabağ probleminin həll yolları mövcuddur. Müasir dövrdə BMT-dən böyük qrum yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həll etmək üçün BMT-nin bu məsələ ilə bağlı dörd qətnaməsini icra etmək, cənab prezidentimizin söylədiyi kimi Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə təhlükəsizliyinə təminat verib muxtar respublika statusu verməkdir”.