Azərbaycan prezidenti İlham Əliyev Kemerovo vilayətindəki ?Raspadskaya? şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı rusiyalı həmkarı Dmitri Medvedevə başsağlığı verib. "Hörmətli Dmitri Anatoliyeviç, Kemerovo vilayətindəki ?Raspadskaya? şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm", deyə prezidentin məktubunda qeyd olunub.