Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Azərbaycan Xaq Cəbhəsi (AXCP) sədri Əli Kərimli görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiya sədrləri arasındakı görüş Müsavat Partiyasının qərargahında baş tutub. Görüşdə qarşıdan gələ parlament seçkiləri, müxalifətin əməkdaşlıq məsələləri və kütləvi aksiyalar məsələsi müzakirə mövzusu olub.