Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən Mia.az-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6030 məzənnəsi ilə başlayıb və 1,6090 məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki. adətən artım 30-40 qəpik arasında baş verirdi. Bugünkü hərracda isə bu rəqəm 60 qəpik olub.