IŞİDə-ə qarşı döyüşlər Mosulun içərisinə doğru davam edir. 

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Mosulun şərqindən şəhərə daxil olan İraq ordusunun maşın karvanının arasına atılan İŞİD-çi intihar bombaçısı özünü partladıb, nəticədə 70 iraqlı əsgər həyatını itirib.

Qeyd edək ki, Mosul əməliyyatına 30 min hərbçinin qoşulduğu xəbər verilir. Şəhərdəki İŞİD-çi sayı isə 10-15 min arasında təxmin olunur. Onlardan 5 minin artıq Mosuldan qaçıb Raqqaya getdikləri bildirilir.

Bu məlumatlar həqiqətdirsə, 30 min əsgərə qarşı 5 və ya 10 min "xilafətçi” döyüşür. "Xilafətçilər” həm də beynəlxalq koalisiya qüvvələri tərəfindən havadan vurulurlar.