ümid Partiyası Nazirlər Kabineti qarzısında məsələ qaldırdı
Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, Mitinq Komistəsinin növbəti iclas tarixinin müəyyənləşdirilməsi, ölkədə son günlər baş verən fövqəladə hallar və digər cari məsələlər müzakirə olunub.
Çıxış edən partiya sədri, millət vəkili İqbal Ağazadə ölkədəki son proseslərə münasibətini bildirib. Seçki ilində demokratikləşmə prosesinin vəziyyəti, ölkəmizə beynəlxalq münasibət, paytaxtda və əyalətdə seçki hazırlıqları və s. bu kimi məsələlər partiya funksionerləri tərəfindən müzakirə olunub.
Gündəlikdə duran ikinci məsələ Ümid Partiyasının mitinq hazırlığı ilə bağlı müzakirələr oldu. Mitinq Komitəsinin hesabatı dinlənildi və qənaətbəxş hesab edildi. Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərə baxış həyata keçirən partiya funksionerlərinin çıxışları nəticəsində Mitinq Komitəsinin növbəti toplantısı 10 may tarixinə təyin olundu.
Daha sonra iclasda son günlər ölkə ərazisində baş verən fövqəladə hallar, təbii fəlakət zonalarında son vəziyyət müzakirə olundu. Ümid Partiyası Rəyasət Heyəti Nazirlər Kabineti qarşısında təbii fəlakət baş verən ərazilərdə proseslərin tədqiqi və birdəfəlik həlli ilə əlaqədar olaraq Xüsusi Dövlət Komissiyasının yaradılması, fəlakət baş verən rayonlarda yaşayan əhalinin problemlərinin həll edilməsi üçün Dövlət Büdcəsindən müvafiq vəsaitin ayrılması ilə bağlı məsələ qaldırdı. Iclas təşkilati məsələlərin müzakirəsi ilə başa çatdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51