Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu (ASO) İŞİD-in nəzarətində olan iki strateji kənd - Dabika və Soran terrorçulardan geri alıb.

Mia.az xəbər verir ki, artıq hər iki kənddə hücum uğurla başa çatıb və İŞİD bölgəni tərk etməyə məcbur edilib: "Hazırda hər iki rayona tam nəzarət təmin olunub. Ərazidə hər məhəllədə mina və digər bombalı "tələ"lərlə bağlı son təmizlənmə həyata keçirilir".