?UNiBANK? Gəncədə uzaq futbolunun inkizafına dəstək verəcək
?Unibank? premyer liqasının 29 və 30-cu turlarında vurulan hər bir qol əvəzinə Bankın korporativ sosial məsuliyyət proqramları üçün hesablanan vəsait Gəncədə uşaq futbolunun dəstəklənməsinə yönəldiləcək.
Futbol üzrə milli birincilikdə sponsorluq çərçivəsində Bank Gəncə şəhərində uşaq futbolunun inkişafı layihələrə 2100 AZN ayıracaq. Qeyd edək ki, Liqanın 17-18 apreldə keçirilən 28-ci turun nəticələrinə görə ?Unibank?ın korporativ sosial məsuliyyət proqramlarının büdcəsi hesabına Lənkəranda uşaq futbolunun dəstəklənməsinə 1000 manat yönəldilir.
2009-cu ilin sentyabrından ?Unibank? Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) ilk Baş rəsmi sponsorudur. PFL ilə 3 il müddətinə sponsorluq sazişi bağlayaraq Bank, Azərbaycan futbolunun və korporativ sektorun tarixində ilk dəfə olaraq, yalnız Liqanın maliyyələşdirilməsi üzrə deyil, həm də milli futbol birinciliyinin populyarlaşdırılması, aparıcı oyunşuların həvəsləndirilməsi, habelə futbolun ictimai hadisə kimi təbliği sahəsində öz üzərinə öhdəliklər götürmüşdür.
Xatırladaq ki, Liqanın 27-ci turundan başlayaraq çempinatda vurulan hər bir qol əvəzinə ?Unibank?ın korporativ sosial məsuliyyət proqramları büdcəsinə 100 AZN köçürülür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19