Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə İŞİD-in güclü olduğu daha bir şəhəri - Dabıkın azad olunması əməliyyatına başlayıb.
Mia.az xəbər verir ki, bu barədə prezident Ərdoğan açıqlama verib.
O, Türkiyənin hədəfinin hələlik Suriyada 5 min kvadrat kilometrlik ərazinin terrorçulardan təmizlənərək, güvənlik bölgəsi yaratmaq olduğunu deyib.
Ərdoğan Mosula gözlənilən hücum haqda da danışıb. Deyib ki, Türkiyə Mosulu nə İŞİD-ə, nə digər terror qrupuna buraxmaq niyyətində deyil.