Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər.

RİA "Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib(APA).

Qeyd edək ki, bu gün Ermənistan KTMT-yə üzv ölkələrin dövlət başçılarının toplantısı keçirilir. Toplantıda Rusiya prezidenti Putin də iştirak edir.