Çexiya Respublikası baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər 13-14 may tarixlərinə nəzərdə tutulub. Məlumata görə, səfər proqramı çərcivəsində 14 may tarixində Y.Kohoutun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. Gorüşdən sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.