Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra həbs olunmuş 3 general və 1 admiral azad edilib.

Generallar Əli Akyürək, Vəli Yıldırım, Şener Yazıçıoğlu və admiral Məsud Ak kifayət qədər dəlil olmaması səbəbindən azad edilib.

Qeyd edək ki, general Vəli Yıldırım Ali Hərbi Şuranın qərarı ilə təqaüdə göndərilib, Məsud Ak isə Silahlı Qüvvələrdən xaric edilib.