Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin prezidenti Nikolae Timoftiyə etimadnaməsini təqdim edib.

Səfir Q.Osmanov Prezident sarayında bununla əlaqədar təşkil edilən mərasimdə iştirak edib. Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

N.Timofti Q.Osmanovu Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.