Bu il Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumada görə, bildirilib ki, Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə əsasən, parlament seçkisi Milli Məclisin səlahiyyətlərinin başa çatan ilinin noyabr ayının ilk bazar günü keçirilir. Məlumat üçün bildirək ki, sonuncu parlament seçkisi 2005-ci il noyabrın 6-da keçirilib.