ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici izlər nazirləri ilə görüzü keçiriləcək
Yaxın günlərdə Avropada ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü keçiriləcək. Bu barədə həmsədrlərin bu gün yaydığı birgə bəyanatda məlumat verilib.
ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, həmsədrlər Robert Bradtke (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) mayın 5-də ATƏT-in Minsk Qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin gedişi barədə məlumat veriblər. Həmsədrlər həmçinin tərəflərin Madrid prinsipləri və həmsədr ölkələrin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdiyi birgə bəyanatda qeyd olunmuş prinsiplər əsasında tərəqqi əldə etməyə hazır olduqlarını vurğulayıblar.
Vyanaya görüşü zamanı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov öz xələfi İqor Popovu Minsk Qruou üzvlərinə rəsmi olaraq təqdim edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50