"ABŞ özünü Rusiya ilə tərəfdaş kimi aparmalıdır və belə olan halda Moskva Vaşinqtonla dialoqa hazır olacaq".

Bunu Rusiya prezident Vladimir Putin "Rusiya çağırır!" forumunda deyib.

O, eyni zamanda ABŞ-ın hazırkı siyasətini diktəedici adlandırıb.

Dövlət başçısı Rusiyada ABŞ ilə münasibətlərin pisləşməsinin narahatlıq doğurduğunu qeyd edib.

"Biz də Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahat oluruq, amma bu, bizim seçimimiz deyil. Biz heç vaxt buna can atmamışıq. Əksinə, biz ABŞ kimi ölkə ilə dost münasibətlərdə olmağı istəyirik", - deyə V.Putin bildirib.

Rusiya prezidenti ABŞ-ın hazırkı rəhbərliyi ilə dialoq aparmağın çətin olduğunu vurğulayıb: "İndi iki ölkə arasında heç bir dialoq yoxdur".

Report