Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardinlə görüşüb. 

BAMF-dan Mia.az-a verilən məlumata görüşdə BAMF sədri Umud Mirzəyev UNICEF–in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Karvardini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Müzakirələrdə UNICEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova da iştirak edib.

Görüş zamanı UNICEF-lə BAMF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xatırladaq ki, BAMF-ın həyata keçirdiyi layihələrdən ən vacibi UNICEF-in maliyyə dəstəyi ilə Azərbaycanın 21 rayonunda reallaşdırdığı "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsidir.

Bu layihə 3 il ərzində ümumilikdə 1500-dən çox gənci əhatə edərək bölgələrdə qərarların qəbul olunmasında, ekologiya, fərdi inkişaf, işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük dəstək verib