May ayının sonunda Mərkəzi Seski Komissiyası seçici siyahılarını təsdiq edəcək. Bu barədə komissiyadan məlumat verilib. Məlumatda bildirilir ki, bu ilin yanvar ayından seçki məntəqələrindən başlayan dəqiqləşdirilmə işləri artıq dairə seçki komissiyaları tərəfindən də başa çatdırılıb. Hazırda MSK seçici siyahılarının düzgünlüyünü yoxlayır. Proses başa çatdıqdan sonra mayın sonunda komissiya seçici siyahılarını təsdiq edəcək. Məlumatda qeyd olunur ki, seçici siyahılarının təsdiq olunmasına baxmayaraq dəqiqləşdirmə işləri seçki gününə qədər davam edəcək.