Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov mayın 5 -də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Zanq Yanqnan ilə partiyanın mənzil gərargahında görüşüb. Görüşdə Azərbaycan və Çin respublikaları arasında qarşılıqlı əməkdaşlıq, dostluq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmış, siyasi partiyalar arasında əlaqələrin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.