ilham Əliyev Moskvada keçiriləcək paradda iztirak edəcək
Prezident İlham Əliyev mayın 9-da İkinci Dünya müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada keçiriləcək paradda iştirak edəcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.
Qeyd edək ki, mayın 9-da Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-formal sammiti də keçiriləcək.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Qordon Braun mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaqlar.
Bundan başqa, Moskvada təşkil olunacaq parada Ukrayna və Belarus liderləri də gəlməyəcək. Məlumata görə, Yanukoviç və Lukaşenko Qələbənin ildönümü ilə əlaqədar təşkil olunacaq bütün tədbilərə canlı bağlantı ilə qoşulacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50