Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Partiydan Mia.az-a verilən məlumata görə, sessiyada Ali Məclis sədrinin boş qalmış postuna seçkilər keçirilib və AXCP sədrinin müavini Nurəddin Məmmədli bu vəzifəyə seçilib.
Xatırladaq ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat etdiyi üçün bu vəzifə boş qalmışdı.