Bir il öncə torpaq sahəsi alan, daha sonra buna görə ciddi problem yaşayan Nüşabə Ələsgərli məhkəməyə müraciət edib. Müğənni prosesi uduzacağı təqdirdə Apelyasiya məhkəməsinə müraciət edəcəyini dedi: "Mənə yararsız torpaq satılıb, orada tikinti aparmaq olmaz. Nəzərdə tutmuşdum ki, gələcəkdə həmin torpaqda obyekt inşa etdirim. Həmin adamı məhkəməyə vermişəm". Müğənni həmin adamlar tərəfindən xoşagəlməz söz-söhbətlərə məruz qaldığını bildirdi: "Mənə dəhşətli şər atıblar, guya kiminsə üstünə muzdlu qatil göndərmişəm. Mənə yararsız torpaq satanın evini tanıyıram ki, ora kimisə göndərim? O adamın mənə pul verəcəyi var. Əksinə, gecə-gündüz Allaha dua eləyirəm ki, onun canını sağ eləsin. Mən də pulumu ondan alım. Həmin adamlara sual verirəm ki, əgər o torpaq yararsızdırsa, niyə onu mənə satdınız?" Qeyd edək ki, müğənni məhkəmə prosesiylə bağlı ətraflı açıqlama vermək istəmədi. Bildirdi ki, vəkili ona susmağı tapşırıb... milli.az