"S-300 kompleksləri Suriyada ABŞ-ın bu ölkədəki aerodromlara aviazərbələr endirəcəyi informasiyasından sonra yerləşdirilib".

Bunu "Dojd” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib(Axar.az).

Qeyd edək ki, Rusiya bundan öncə Suriyada S-300VM Antey-2500 zenit raket komplekslərini yerləşdirib. Bu zenit raket kompleksləri kiçik və orta mənzilli ballistik raketləri məhv etmək qabiliyyətindədirlər.