Azərbaycan bazarında yumurta 20% bahalazıb
Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz artıb. ?İqtisadi forum? jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.
Kartofun istehsalçı qiymətləri 5,3 faiz, sitrus meyvələri, kökümeyvəli və köküyumrulular 0,8 faiz, turuncu meyvələr 2,7 faiz, zeytun və qoz-fındıq 1,9 faiz, subtropik meyvələr 0,5 faiz, dənli bitkilər 1,1 faiz, tərəvəz məhsulları 0,3 faiz bahalaşıb.
Bundan başqa yumurtanın istehsalçı qiymətləri 19,7 faiz, mal əti (diri çəkidə) 6,8 faiz, quş əti (diri çəkidə) 5,2 faiz, təbii bal 4,7 faiz bahalaşıb.
İribuynuzlu qaramaldan alınan südün qiyməti 0,1 faiz, qoyun əti (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramal 0,9 faiz, diri qoyunların qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19