Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğalının ildönümü ilə bağlı bir sıra tədbirlər keçirəcək. QAT-ın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qurum 8 mayın ?İşğalçılara nifrət günü? kimi qeyd olunmasını qərara alıb. Həmin gün Bakıda və bölgələrdə şəhidlər xiyabanlarının ziyarət edilməsi, işğalçı Ermənistanın bayrağının, onun terrorçu rəhbərlərinin şəkillərinin yandırılması və digər tədbirlər planlaşdırılır. QAT hesab edir ki, Şuşa Qarabağın simvolu, Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biri olduğuna görə məhz həmin gün işğalçılara nifrətin xüsusi şəkildə ifadə edilməsi məqsədəuyğundur.