Tanınmış iqtisadçı Natiq Cəfərli dolların son günlər ucuzlaşma tendensiyasını şərh edib.
Mia.az-ın məlumatına görə, ekspert bildirib ki, ölkədə banklar ağır durumdadırlar, vətəndaşlar kreditlərini qaytara bilmirlər, yeni kredit xəttləri açılmır, bir yandan da bankların milyardlarla ölçülən xarici borcları var: "Amma son günlərdə banklar hərraclarda daha az dollar almağa başlayıblar, bəzi media qurumları da "dollara təlabat azaldı", "manat möhkəmlənir", "valyuta ajiotajı keçdi", kimi başlıqlarla xəbərlər yayıb vətəndaşları çaşdırırlar. Əslində səbəb çox bəsit imiş: Banklar arasında ən çox xarici borc Beynəlxalq Bankdadır, hərraclarda bu bank daha çox valyuta alırdı. Sən demə bir neçə gün əvvəl Neft Fondu Beynəlxalq Bankda 1 mlrd. dollar depozit yerləşduribmiş, bununla da bank dollara olan təlabatını ödəməyə başlayıb və hərraclarda aktiv iştirak etmirmiş, səbəb bu qədər sadə və müvəqqətidir".