?Azadlıq? bloku etiraz aksiyalarını davam etdirmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən sözügedən bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclis sədri Həsən Kərimov artıq bununla bağlı qərar verildiyini bildirib. Onun sözlərinə görə, blok mayın 15-də aksiya keçirməyi planlaşdırır. Bununla bağlı aksiya təşkilatçıları sabah Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. H.Kərimov onu da bildirib ki, meriya bu dəfə də ?yox? cavabı versə, yenə də icazəsiz aksiya keçirəcəklər.