Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirdiyi brifinqdə Rusiya XİN sözçüsü ABŞ dövlət katibinin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil" bəyanatına belə cavab verib: "Münaqişəni bəyanatlarla deyil, iş görməklə nizamlayırlar".