"Toyuq ətinin gömrük rüsumlarının artırılmasının nəticələri haqqında bir neçə dəfə yazı yazdım, bir neçə müsahibə verdim, yolun yanlış olduğunu, daxili istehsalçıya heç bir xeyri olmayacağını, son zərbənin istehlakçıya dəyəcəyini, yerli şirkətlərin hazırladığı toyuq kolbasa, sosiska və digər yarımfabrikat məhsullarının məhz idxal olunan ətdən hazırlandığını dedim – nə fayda, dinləyən, nəticə çıxaran yoxdur ki, yoxdur".

Mia.az xəbər verir ki, bu fikirləri taninmış iqtisadçı Natiq Əliyev səsləndirib. O daha sonra bildirib ki, bu gün yerli istehsalçı olan "Səba” şirkətində 60 nəfər işdən azad edilib, yerdə qalanların maaşları isə 40% azaldılıb – bu da sizə yerli istehsalçıya dəstək addımları, qərardan hələ heç 5 gün keçməyib. "Çox güman, Səba öz xərclərini azaldır, bilir ki, daha xaricdən məhsul alıb, qablaşdırmaq, yarımfabrikatlar və hazır məhsullar istehsal etmək sərfəli olmayacaq, yerli kolbasa və sosiskanın qiyməti qalxacaq. Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq", - deyə N.Cəfərli əlavə edib.