Sentyabrın 27-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 10000 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001005466 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mia.az-a daxil olan məlumata görə, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.