Azərbaycanın Los-Ancelesdəki baz konsulluğunun əməkdazları Arnold Şvartseneggerə xalça hədiyyə edib
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun əməkdaşları ilə görüşüb. Ona azərbaycanlı xalça ustası Müşfiq Babayevin toxuduğu və üstündə A.Şvartseneggerin portreti olan xalça hədiyyə edilib.
Baş konsul Elin Süleymanov və konsul Elman Abdullayev Respublika Günü münasibətilə hər il ölkəmizi təbrik etməsi ilə əlaqədar qubernatora təşəkkürlərini bildiriblər. Arnold Şvartsenegger Azərbaycanın mədəniyyətlərarası diaoloqa töhfələrini yüksək qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdir ki, Vaşinqton Azərbaycan və ABŞ-ın digər mühüm tərəfdaşları ilə münasibətləri uzunmüddətli, strateji əsasda quracaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47