Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin yeni Baş Qərargah rəisinin təyinatı barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Movses Akopyan Baş qərargah rəisi təyin olunub.
Qeyd edək ki, o, bundan öncə Ermənistanın müdafiə nazirinin müavini vəzifəsində çalışıb.