Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu posta Seyran Ohanyanın yerinə Viqen Sarkisyan təyin olunub.

Qeyd edək ki, Sarkisyan daha əvvəl prezident administrasiyası rəhbəri vəzifəsində çalışıb.