Ermənistan prezidenti Serj Sarkisyan hökumət strukturuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, sözügedən qanun layihəsi bəzi nazirliklərin adının dəyişdirilməsi və struktur dəyişikliklərini nəzərdə tutur. Layihə sentyabrın 29-da Ermənistan Parlamenti tərəfindən qəbul edilib.