Türkiyədə 15 iyul çevriliş gecəsi xalqın meydanlara çıxması əbədiləşdiriləcək, bundan sonra həmin günü dövlət səviyyəsində bayram kimi qeyd olunacaq.

Mia.az xəbər verir ki, bu barədə prezident Ərdoğan açıqlama verib:

"Bundan sonra hər il 15 iyul tarixi – "Demokratiya Günü" kimi dövlət səviyyəsində qeyd olunacaq. Həmin bayram günü rəsmən tətil olunacaq".