İsrail prezidenti Reuven Rivlin Ukrayna səfərini yarımçıq kəsərək ölkəsinə dönüb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsrailin sabiq prezidenti Şimon Peresin vəfatıdır.

Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.   

Qeyd edək ki, İsrail prezidentinin Ukrayna səfəri sentyabrın 30-dək davam etməli idi.