"Rusiya bizim müxtəlif təşkilatlarımıza kiberhücumlar təşkil edir və bu bizi çox narahat edir".

Bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton rəqibi Donald Trampla teledebat zamanı söyləyib. Onun sözlərinə görə, kibertəhlükəsizlik ABŞ-ın gələcəkdə əsas prioriteti olacaq:

"Biz istəyirik ki, Rusiya, Çin və ya İran ABŞ-ın kibertəhlükəsizlik sahəsində daha çox imkanlarının olduğunu anlasın. Vaşinqton oturub baş verənləri izləməklə kifayətlənməyəcək. Amerika öz vətəndaşlarını müdafiə edəcək. Onlar bizim səbrimizi yoxlayırlar”. 

Axar.az