Oqtay Əsədovun bazçılığı ilə parlament nümayəndə heyəti italiyaya getdi
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 3-də İtaliyaya yola düşüb. İtaliya Deputatlar Palatasının dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri bu ölkənin parlamentində olacaq, Deputatlar Palatasının sədri Cianfranko Fini, Senatın sədrinin müavini Vannino Kiti, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə həyatın müxtəlif sahələrində əməkdaşlığımızın bu günü və perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə söhbətlər aparılacaq.
Səfər çərçivəsində parlament nümayəndə heyəti qədim Romanın tarixi yerlərinə də baş çəkəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51