Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 17:00-a olan nəticələrini açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-dək seçicilərin 3 348 535 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 63.6 faiz təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 5 267 111 nəfər seçici var.