FETÖ-nün Türkiyədə çevriliş cəhdi ilə bağlı başladılan istintaq işi çərçivəsində Fətulla Gülənin qardaşı qızı Əminə saxlanılıb. 

Qadın Balıkəsir Edremit bölgəsində ələ keçirilib . Əldə edilən məlumata görə, bir müddətdir təqib edilən Əminə.A-nın yaşadığı yerdə bu səhər əməliyyat keçirilib. Polis Əminənin mobil telefonunu araşdırıb və məlum olub ki, son danışıqlarının əksəriyyətini ABŞ-dakı naməlum şəxslə aparıb. Şübhəlinin evindən 2 ədəd 1 dollar, Gülənin çoxlu fotoları və kitabı ələ keçirilib.