Maliyyə Bazarlarına Nəzarət Palatası qanunericiliyə əməl etməyən sığorta agentlərinə qarşı sərt tədbirlərə başlayıb.
Palatadan mia.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində 100-dən artıq sığorta agentinin lisenziyası ləğv edilib və ya dayandırılıb. Yaxın vaxtlarda bununla bağlı ətraflı məlumat veriləcək.