Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və deputat Azay Quliyev ATƏT-in müşahidəçi missiyasının tərkibində Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün mayın 3-dən 8-dək bu ölkədə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputatlarımız London şəhərindəki seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması ilə maraqlanacaq, burada keçiriləcək görüşlərdə Azərbaycanın seçki təcrübəsi barədə məlumat verəcəklər.