Məhkəmə ADNA ətrafında saxlanılan 10 nəfər barədə qərar çıxarıb
Aprelin 30-da axşam saatlarında Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin ildönümü ilə əlaqədar keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfərin işinə baxılıb.
Onlardan 9-su inzibati qaydada cərimələnərək buraxılıb, bir nəfərə - Əhəd Məmmədliyə isə 10 sutkalıq iş kəsilib. Ə.Məmmədli Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da həbsdədir. O, aprelin 29-da tutularaq 10 sutkalıq həbsə məhkum edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51