Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadıla bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident rejimin hansı müddətə uzadılacağı barədə ətraflı məlumat verməyib(Axar.az).
Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq olunub.