Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı 10 gün həbs cəzası alıb. Daxili İşlər nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun verdiyi məlumata görə, polis T.Abbaslını ictimai asayişi pozduğuna görə saxlayıb. DİN sözçüsü onu da vurğulayıb ki, məhkəmə ona 10 sutka həbs cəzası verib. E.Zahidov da T.Abbaslının harada saxlanılması barədə məlumatsız olduğunu bildirib. Bununla belə E. Zahidov Turalın ictimai asayişi nə zaman pozduğuna aydınlıq gətirməyib. Müsavat Partiyasının fəalı T. Abbaslını aprelin 29-da, saat 11 radələrində özünü təqdim etməyən mülki geyimli şəxslər aparıb.