Milli Məclisin (MM) növbəti iclası mayın 7-də keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MM-in mətbuat xidmətindən verilib. Verilən məlumata görə, iclasda bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək, bəzi qanun layihələri üçüncü oxunuş üçün müzakirəyə çıxarılacaq. Həmçinin, HİV/QİÇS-ə qarşı mübarizəyə dair qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək. Parlamentin sonuncu iclası aprelin 27-də keçirilib.