Ermənistanın Lori vilayətində Vanadzor-Spikat yolunda rus hərbçilər ağır yol qəzasına düşüblər.
Hadisə nəticəsində zərərçəkənlərə yardım etmək məqsədilə xüsusi texnikadan istifadə olunub.
Hadisə bu gün səhər saatlarında baş verib. "Volkswagen Golf” markalı avtomobil yolun hərəkət istiqamətindən çıxıb. Hadisə yerinə gələn xilasedicilər avtomobilin salonunda olan K.R-a və sürücüyə maşını tərk etməyə kömək ediblər. Həkimlər onların vəziyyətinin ağır olaraq qiymətləndirir. Yol qəzası zamanı həmçinin 27 yaşlı Rusiya vətəndaşı V.E və şəxsiyyəti hələki müyyənləşdirilməyən şəxs həlak olub.
